Venesuelada baş verən dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin sayı 5 346 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Xorxe Rodriges məlumat verib.
Rəsmi məlumatlara əsasən, 16 740 nəfər xəsarət alıb, 6 462 nəfər isə xilas edilib. Hökumət orqanları 128 324 ailəyə yardım göstərib, 17 265 vətəndaş evsiz qalıb. 107 müvəqqəti sığınacaq düşərgəsində 23 122 nəfər yerləşdirilib.
Hökumətin hesabatına görə, 856 binaya ziyan dəyib, 190 tikili isə tamamilə dağılıb.
Qeyd edək ki, yeraltı təkanlar iyunun 24-də axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə 7.2 və 7.5 maqnitudalı iki güclü zəlzələ qeydə alınıb.