Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Vyetnam ABŞ-yə Çinlə əlaqədar vədlər verdi
Vyetnam Vaşinqtona öz ərazisi vasitəsilə ABŞ-yə ixrac edilən Çin mallarına nəzarəti gücləndirəcəyinə və Pekinlə ticarət qaydalarını daha da sərtləşdirəcəyinə söz verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi mənbələrə və redaksiyanın əldə etdiyi hökumət sənədinin layihəsinə istinadən xəbər verir.
Bildirilir ki, belə tədbirlər Hanoy tərəfindən Vaşinqtonun "Vyetnamda istehsal olunub" markası ilə Çin mallarının geniş miqyaslı tədarükü ilə bağlı narahatlığına cavab olaraq təklif edilib. Bu cür təcrübə Çindən gələn məhsullara ABŞ-nin yüksək idxal rüsumlarından yan keçməyə imkan verirdi.
Bundan əlavə, Vyetnam yarımkeçiricilər və peyk avadanlığı kimi ikili təyinatlı malların Çinə ixracına nəzarətin gücləndirilməsi haqqında qərar layihəsini təqdim edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 2-də 185 ölkə və ərazidən gələn məhsullara gömrük rüsumlarının tətbiq ediləcəyini elan edib. 10% həcmində universal tariflər aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib. Bundan əlavə, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal edilən avtomobillərə 25% həcmində gömrük rüsumları tətbiq edib. Tramp, həmçinin iqtisadi durumla əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi elan edib.
"ABŞ-nin gömrük rüsumları" teqi üzrə xəbərlər
- ABŞ-nin tarif razılaşmaları ticarət sistemini təhlükə altına qoya bilər
- Tramp Çinə qarşı tətbiq etdiyi tarifləri azaldacaq?
- Çin şirkətləri ABŞ-nin rüsumlarından yan keçmək yolunu tapdılar
- Tramp Çinə tətbiq edilən gömrük rüsumlarını azaltmaq niyyətindədir
- Çin şirkətləri ABŞ-nin rüsumlarından yan keçməyin yolunu tapıblar