Vyetnamın mərkəzində leysan yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 90 nəfər həlak olub, daha 12 nəfər itkin düşüb.
Oxu.Az bildirir ki, bu barədə məlumatı Vyetnamın Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi yanında Bəndlərin İdarə Edilməsi və Təbii Fəlakətlərin Qarşısının Alınması Departamenti yayıb.
Bildirilir ki, təbii fəlakət nəticəsində 1 100-dən çox fərdi ev, məktəb və inzibati bina dağılıb və ya zədələnib, təxminən 200 mini su altında qalıb.
Daşqınlar avtomagistralların 24 hissəsini su altında qoyub və zədələyib. Təbii fəlakət Vyetnamın mərkəzində 80 min hektar əkin sahəsinə və 100 min hektardan çox meyvə plantasiyasına ziyan vurub, 3.5 milyon mal-qara və quş tələf olub.
Vyetnam hakimiyyətinin hesablamalarına görə, daşqınların vuduğu iqtisadi itkilər 9.035 trilyon donqdan (341 milyon dollardan çox) çoxdur.