Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"WikiLeaks"in qurucusu ilk dəfə geniş ictimaiyyət qarşısında çıxış edəcək
"WikiLeaks"in qurucusu Culian Assanj Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çıxış edəcək.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, o, AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin üzvləri qarşısında həbsxanada saxlanma şəraiti barədə danışacaq.
Qeyd olunur ki, bu, C.Assanjın geniş ictimaiyyət qarşısında ilk çıxışıdır.
Həmçinin, C.Assanj Avropa Şurasına ona qarşı aparılan prosesin siyasi motivli olduğunu təsdiqləyən sübutlar təqdim edəcək.
Xatırladaq ki, "WikiLeaks" saytının qurucusu, avstraliyalı Culian Assanj böyük dövlətlərin yüksək hökumət dairələrindəki korrupsiya halları, hərbi cinayətlər, diplomatik sirlər və casus qalmaqalları barədə irihəcmli yüksək məxfilikdə məlumatları yayımlaması ilə məşhurlaşıb. Culian Assanj bu ilin iyul ayında Böyük Britaniyada saxlanıldığı həbsxanadan azad edilib və vətəni Avstraliyaya qayıdıb.
Rəylər