ABŞ hərbi-sənaye kompleksi şirkətləri “Raytheon” və “United Technologies” birləşmək haqqında danışıqlar aparırlar.
Oxu.Az bildirir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən xəbər verir.
Nəşrin məlumatına əsasən, iki nəhəng HSK-nın birləşməyi haqqında razılıq yaxın günlərdə əldə oluna bilər. Bundan sonra şirkətlər saziş barədə rəsmən elan edəcəklər.
“The Wall Street Journal” “Raytheon” və “United Technologies”-in məcmu bazar kapitalını 166 mlrd dollara yaxın dəyərləndirir.