Xəzər dənizinin Dağıstan sahillərində 322 ölü suiti tapılıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, cəsədlər Sulak çayının mənsəbi ilə Terek çayı arasındakı sahildə görünüb.
Aşkarlanan ölü heyvanların sayının arta biləcəyi qeyd edilib.
Dağıstan Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri sahil xəttində araşdırmalara başlayıblar.
Nazirlik əlavə edib ki, Xəzər suitilərinin ölümü hər il məməlilərin miqrasiyası dövründə müşahidə olunur. Alimlər hesab edirlər ki, bu fenomenin əsas səbəbi heyvanların dəniz dibindən təbii qaz emissiyası zonalarından keçərkən boğulmasıdır.