Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yaponiyada 40 ildə ilk dəfə pulun "siması" dəyişdi
Yaponiyada 40 ildə ilk dəfə olaraq ən böyük nominallı əsginasın "siması" dəyişdirilib.
Məlumata görə, indi on min yenlik əsginasın üzərində filosof Yukiçi Fukuzavanın əvəzinə "yapon kapitalizminin atası" Eyiti Sibusava təsvir edilib.
Sibusava bir çoxu 20-ci əsrdə təkmilləşdirildikdən sonra dünya şöhrəti qazanmış yüzlərlə şirkətin (məsələn, ISUZU avtomobil konserni, dəmiryol nəhəngi JR, "Asahi" pivə istehsalı şirkəti, TEPCO və s.) yaradıcısı və həmtəsisçisi kimi tanınır.
Qeyd edək ki, Sibusavanın doğma şəhəri Fukayada insanlar onunla qürur duyurlar: sahibkarın portretləri avtobusları, dayanacaqları və vitrinləri bəzəyir.
Mənbə: RİA novosti
"Yaponiya" teqi üzrə xəbərlər
- Yaponiyanın sabiq baş nazirinə bomba atan şəxsə hökm oxundu
- "Honda" "Nissan"la birləşmək üçün ŞƏRTİNİ AÇIQLADI
- Yaponiyada güclü qar mindən çox sərnişini gecəni aeroportda keçirməyə vadar edib
- Yaponiyada qar apokalipsisi: Ölənlər və yaralananlar var
- "Nissan" "Honda" ilə "övladlığa götürmə" uğursuzluğundan sonra ABŞ-də tərəfdaş axtarır