Yaponiyanın cənub-qərbindəki Kume və Miyako adaları yaxınlığında 6.1 bal gücündə zəlzələ olub.
Oxu.Az xəbər verir ki, bu barədə sözügedən ölkədə seysmoloji xidmət kimi fəaliyyət göstərən Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların ocağı okean dibinin çox dayazlığında yerləşib və onun dəqiq dərinliyini hələlik müəyyən etmək mümkün olmayıb.
Kume və Miyako adalarında kurort hotelləri və müxtəlif turizm obyektləri yerləşir. Həmçinin Miyakoda Yaponiya Silahlı Qüvvələrinin hərbi bazası da mövcuddur.
Sunami təhlükəsi və ciddi dağıntılar barədə məlumat yoxdur.