Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Yaponiyada ənənəvi qar festivalı başlayıb
Bu gündən etibarən Yaponiyanın Sapporo şəhərində ənənəvi olaraq hər il təşkil edilən "Yuki Matsuri" qar festivalı başlayıb.
Oxu.Az "Asahi" agentliyinə istinadən xəbər verir ki, hər il minlərlə turistin qatıldığı qar festivalında qar və buzdan hazırlanmış 130-a yaxın əsər sərgilənəcək.
Festivala Cənubi Koreya, ABŞ, İndoneziya, Litva, Monqolustan, Polşa, Sinqapur və Tailanddan qatılan ustalar ən yaxşı qar heykəltəraşlığı üzrə beynəlxalq müsabiqədə iştirak edəcəklər.
Yaponiyada ənənəvi qar festivalı başlayıb
Ən çox oxunanlar
Rəylər