Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yaponiyanın baş naziri istefa verəcəyini açıqlayıb
Yaponiyanın Baş naziri Fumio Kişida tutduğu hökumət başçısı postundan gedəcəyini elan edib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, o, qərarını iqamətgahında təşkil etdiyi təcili mətbuat konfransında açıqlayıb.
Fumio Kişida vurğulayıb ki, istefa qərarını Yaponiyanın Liberal Demokratik Partiyasına (LDP) yeni sədri seçilən gün elan edəcək.
Məlumat üçün əlavə edək ki, Yaponiyanın Liberal Demokratik Partiyasının nüfuzu partiya üçün yığılan ianələrin maliyyə hesabatının verilməsi zamanı yol verilən ciddi qanun pozuntulardan sonra rekord səviyyədə aşağı enib.
"Yaponiya" teqi üzrə xəbərlər
- Myanma zəlzələsi Yaponiyada daha böyük miqyasda təkrarlana bilər: Alimlər həyəcan təbili çalırlar
- Tokioda bayram namazı 3 dəfə qılındı
- Yaponiyada ölüm hökmü çıxarılmış şəxsə böyük məbləğdə pul təzminatı ödənilib
- Yaponiya XİN: "Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı verdiyi bəyanatları alqışlayırıq"
- Fuci dağına qalxmaq artıq pulsuz deyil: Yeni qaydalar tətbiq edildi
Ən çox oxunanlar