Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yaponiyanın baş naziri Trampın yanına əlidolu getdi
Yaponiyanın Baş naziri Siqeru İsiba Vaşinqtona səfəri əsnasında ABŞ Prezidenti Donald Trampa qızıldan hazırlanmış samuray dəbilqəsi hədiyyə edib.
Oxu.Az "Kyodo News" nəşrinə istinadla xəbər verir ki, hədiyyənin eni 57, hündürlüyü 81, dərinliyi isə 48 sm-dir.
Samuray dəbilqəsinin dəyəri 168 min yapon yenidir (təqribən 1 100 dollar).
Xatırladaq ki, D.Tramp 2016-cı ildə ilk dəfə ABŞ prezidenti olanda Yaponiyanın keçmiş baş naziri Sindzo Abe ona qolf üçün qızıl ağac hədiyyə etmişdi.
"Donald Tramp" teqi üzrə xəbərlər
Ən çox oxunanlar