Yeni Roma Papasının seçilməsi üçün Vatikanda Konklav mayın 7-də toplanacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi mənbəyə istinadən xəbər verib.
Bildirilib ki, tarix Roma Papası Fransiskin dəfn mərasimindən sonra keçirilən kardinalların qapalı görüşü zamanı müəyyən edilib.
Xatırladaq ki, Papa Fransisk aprelin 21-də 88 yaşında dünyasını dəyişib. Ölüm səbəbi kimi insult və ürəyin dayanması göstərilib. O, vəsiyyətinə uyğun olaraq, Santa Mariya Maccore kilsəsində dəfn edilib.
Yeni Roma Papasının seçilməsi üçün Konklavın toplanacağı vaxt açıqlandı