Yerevanda girova götürülmüş “Təcili tibbi yardım”-ın əməkdaşlarının biri silahlı qrup tərəfindən ələ keçirilmış polis binasından azadlığa buraxılıb.
Oxu.Az İnterfax-a istinadən xəbər verir ki, silahlılar hazırda iki həkim və bir tibb bacısını girov saxlayırlar.
Yerevanda Azadlıq meydanında isə etiraz aksiyası keçirilir. Aksiya iştrakçıları polis hissəsini ələ keçirmiş silahlı qrupu dəstəkləyirlər.
Qeyd edək ki, iyulun 17-dən bir qrup silahlı şəxs Yerevan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb.