Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Yeşilçam"ın məşhur aktyoru vəfat etdi
Məşhur türkiyəli aktyor, "Yeşilçam" filmlərinin və türk kinosunun tanınmış simalarından olan Murat Soydan 83 yaşında dünyasını dəyişib.
Bu barədə Soydanın qızı Mehveş Soydan öz "Instagram" hesabında məlumat verib.
"Canım atamı itirdik. Başımız sağ olsun", - deyə Mehveş Soydan bildirib.
Əsl adı Rüçhan Tercan olan aktyor əsasən Türkan Şoray, Hülya Koçyiğit, Fatma Girik kimi tanınmış sənətçilərlə baş rolları paylaşıb.
Murat Soydan 1972-ci ildə "Zulüm" filmindəki roluna görə Antalya "Qızıl Portağal" Film Festivalında "Ən yaxşı kişi aktyoru" mükafatını qazanıb.
Sənətçi həmçinin "Kahveci güzeli", "Ah bir zengin olsam", "Devlerin öcü", "Son söz benim", "Altın tabancalı ajan", "Kurt dölü" ve "Kırmızı gece" kimi filmlərlə yanaşı, "Acı hayat", "Sinekli bakkal", "O hayat benim" seriallarında canlandırdığı obrazlarla da tanınıb.
Mənbə: Haber Global
"Haber Global" teqi üzrə xəbərlər
- İmamoğlunun səlahiyyətlərini icra edəcək şəxs bəlli oldu
- Ekrem İmamoğlu saxlanıldı
- "Haber Global"da Donald Trampın Yəmən siyasəti təhlil edilib
- "Haber Global" XII Qlobal Bakı Forumunu Qafqazın "Münhen konfransı" kimi təqdim edib
- "Haber Global" Azərbaycanla Ermənistan arasında mümkün sülh sazişi ilə bağlı süjet hazırlayıb