Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Zaxarova: "Rusiyanın Suriyadakı hərbi bazalarının taleyinin Avropa İttifaqına aidiyyəti yoxdur"
"Rusiyanın Suriyadakı hərbi bazalarının aqibətinə Moskva-Dəməşq dialoqu çərçivəsində baxılacaq".
Oxu.Az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova News.ru-nun sualını cavablandırarkən deyib.
Rusiyalı diplomat vurğulayıb ki, Rusiyanın Suriyada yerləşən bazalarına dair məsələlərin Avropa İttifaqına aidiyyəti yoxdur.
Xatırladaq ki, dekabrın 16-da Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bəyan edib ki, Aİ-nin Suriyanın yeni hakimiyyət orqanları ilə dialoqunun şərti Rusiya bazalarının çıxarılması olmalıdır.