İyl
2018
11:42
12
155
3487
Virtual karabakh

Öhdəlikləri artan “Azəristiliktəchizat”ın zərəri açıqlandı

6 İyl, 2018
11:42
3487

Öhdəlikləri artan “Azəristiliktəchizat”ın zərəri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ildə “Azəristiliktəchizat” ASC-nin cəmi aktivləri azalıb. 

Oxu.Az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu il yanvarın 1-nə ASC-nin cəmi aktivləri 182,288 milyon manat təşkil edib. Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,7% azdır.

Hesabat dövründə “Azəristiliktəchizat”ın cəmi öhdəlikləri  98,578 milyon manata çatıb. Bunun 10,937 milyon manatı ötən il yaranmış uzunmüddətli öhdəliklər, 87,641 milyon manatı isə qısamüddətli öhdəliklərdir. Beləliklə ASC-nin ödəlikləri 12,3% artıb. 

İl ərzində səhmdar cəmiyyətinin cəmi kapitalı isə 19% azalaraq, 83,709 milyon manat, o cümlədən nizamnamə kapitalı 7,1 dəfə artaraq, 136,685 milyon manat olub. “Azəristiliktəchizat” 2017-ci ili 18,825 milyon manat xalis zərərlə başa vurub. 

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri