15 
Sen
2018
12:20
34
134
2967
Virtual karabakh

Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar azalıb

15 Sen, 2018
12:20
2967

Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmi 2 mlrd. 53,5 mln. dollar olub. 

Oxu.Az xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın 2018-ci ilin yanvar-iyun ayları üçün Azərbaycan Respublikası Tədiyyə balansı hesabatında yer alıb.

Məlum olub ki, 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə (3,1 mlrd. dollar) hesabat dövründə iqtisadiyyata birbaşa xarici investisiyaların həcmi 35,5% azalıb.

Hesabat  dövründə birbaşa xarici investisiyaların 79,4%-i neft-qaz sektorunun, 20,6% qeyri-neft sektorunun payına düşüb.

Bildirilir ki, 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan şirkətləri xaricdə 1 mlrd. 320,4 mln. dollar (artım 27,5%), o cümlədən neft-qaz sektoruna 480,3 mln. dollar (azalma 39,8%), digər sektorlara 840,1 mln. dollar (artım 3,1 dəfə) məbləğində birbaşa investisiya qoyuluşu reallaşdırıblar.

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə (3,1 mlrd. dollar) hesabat dövründə iqtisadiyyata birbaşa xarici investisiyaların həcmi 35,5% azalıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri