Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpinin Donald Trampla təmaslarına və onun ABŞ-dakı görüşünə qısqanclıqla yanaşa bilməyəcəyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O qeyd edib ki, siyasətdə belə bir kateqoriyadan istifadə olunmur.
"Qısqanclıq tamamilə başqa humanitar sahəyə, kişi ilə qadın arasındakı münasibətlərə aid bir anlayışdır. Beynəlxalq siyasətdə isə belə kateqoriyalardan istifadə etmirlər", - deyə o, müvafiq suala cavab verərkən bildirib.
Si Cinpin sentyabrın 23-dən 25-dək son 11 ildə ilk dəfə ABŞ-a dövlət səfəri edir. May ayında ABŞ Prezidenti Donald Tramp Çin liderinin dəvəti ilə Çinə səfər edib. Çin lideri ilə görüşündən sonra Tramp danışıqları hər iki dövlət üçün çox məhsuldar adlandırıb.