Rusiyanın Sənaye və Ticarət Nazirliyi Azərbaycan şirkətləri ilə layihələrin inkişaf etdirilməsi üçün biznes-missiya hazırlayır.
Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Rusiya – Azərbaycan Regionlararası Forumu çərçivəsində keçirilən sənaye məsələlərinə dair dəyirmi masada Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.
“Bizim Sənaye Nazirliyimiz Azərbaycandan olan müştərilər və müəssisələr üçün ayrı-ayrılıqda biznes-missiya keçirməyi planlaşdırır. Tərəfdaşlar axtaracağıq”, - o deyib.
Nazir qeyd edib ki, Rusiya və Azərbaycan qarşısında sənaye kooperasiyası sahəsində böyük imkanlar açılır.