Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ABŞ-ın nəhəng neft şirkəti Azərbaycanı tərk edir?
ABŞ-ın nəhəng neft şirkəti olan “Exxon Mobil” Azərbaycanda iri neft-qaz layihəsini tərk etməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Reuters” neft sektorundakı mənbəyə istinadən məlumat yayıb.
Məlumatlara əsasən, söhbət “Exxon Mobil”in “Azəri-Çıraq-Günəşli” blokunda neft yatağı istismar edən beynəlxalq konsorsiumundan gedir. Bu, şirkətin öz qlobal əməliyyatlarına yenidən baxmaq niyyəti ilə bağlıdır.
“Exxon Mobil” “Əsrin müqaviləsi”ndə hissələrin 6,8 faizini satmağı və ondan 2 milyard dollar qazanmağı planlaşdırır.
“Exxon Mobil”in mətbuat katibi Culiya Kinq məsələ ilə bağlı şərh verməkdən imtina edib:
“Biz müxtəlif şayiələri şərh etmirik”.
Oxu.Az yeniləndi!
"Azərbaycan" teqi üzrə xəbərlər
- Bu qışın Avropada daha sərt olacağı gözlənilir, bəs Azərbaycanda necə?
- Azərbaycanda növbəti bələdiyyə seçkisinin vaxtı təyin edilib
- Yaşar Güler: "Qafqazda sabitlik Azərbaycan-Ermənistan sülh sazişi vasitəsilə əldə olunacaq"
- NATO nümayəndələri Bakıya səfərə gəliblər
- İran və Azərbaycan birgə hərbi təlimlərə başladılar