İyulun 14-də Milli Məclis tərəfindən qəbul edilmiş qanunlara dəyişiklik layihəsi parlamentin müzakirəsi üçün geri göndərilib.
Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Deputatlar Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə layihəni müzakirə ediblər.
Xatırladaq ki, Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Gömrük tarifi haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Dövlət satınalmaları haqqında" qanuna dəyişiklik layihəsi iyulun 14-da parlamentin üçüncü oxunuşundan keçmişdi.