Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dollarda olan problemli kreditlər azalıb - İNFOQRAM
Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmində qismən azalma hiss olunur.
Oxu.Az xəbər verir ki, bu azalma, əsasən, dollarla olan və qaytarılmayan qısamüddətli və uzunmüddətli kreditlərin məbləğində azalma ilə bağlıdır. Belə görünür ki, dollarla krediti olan şəxslərin bir qismi artıq onun ödənilməsinə başlayıblar.
Mərkəzi Bankın açıqladığı rəqəmlərə əsasən, gecikmiş kreditlərin bu il noyabrın 1-nə olan məbləği 1 698,6 mln. manat təşkil edir.
İlin əvvəlinə bu rəqəm 1 milyard 695 milyon manat təşkil edirdi. Yəni bu ilin 10 ayında gecikmiş kreditlər 4,4% artıb, lakin ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% azalıb.