Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Simonov: Azərbaycandan Avropaya qaz ixracı bizim üçün problem deyil
Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun rəhbəri Konstantin Simonov bəyan edib ki, Rusiya beynəlxalq təbii qaz bazarında rəqabətdən çəkinmir.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, o, bu fikirlərini Türk-Rus Enerji Mütəxəssislərinin iclasında çıxışı zamanı bildirib.
Qlobal təbii qaz bazarları üçün vacib olan “Türk Axını”, TAP və TANAP kimi layihələrin həyata keçirildiyini vurğulayan Simonov gələcəkdə İran qazının Türkiyə üzərindən bazara çıxarılması məsələsinin də gündəmə düşə biləcəyini deyib.
Simonov Rusiyanın beynəlxalq təbii qaz bazarında rəqabətdən çəkinmədiyini bildirib:
“Azərbaycandan Avropaya göndəriləcək 10 milyard kub metr qaz bizim üçün böyük problem deyil. ABŞ-dan gələn qaz da eyni şəkildə... Biz yaxşı miqdar və infrastrukturla rəqabətə hazırıq. Əsas istəyimiz həqiqi rəqabətin olmasıdır.
Bəziləri Rusiyanın enerjini siyasi silah kimi istifadə etdiyini deyir. Avropanın Rusiyaya münasibəti aydın görünür. Biz ayrı-seçkilik istəmirik. Avropa İttifaqı qanunlarında istisna istəmirik”, - deyə, o əlavə edib.
M.A.
www.oxu.az
Oxu.Az yeniləndi!
ANDROID əməliyyat sistemli smartfonlar
iOS əməliyyat sistemli smartfonlar
"Azərbaycan" teqi üzrə xəbərlər
- Yaşar Güler: "Qafqazda sabitlik Azərbaycan-Ermənistan sülh sazişi vasitəsilə əldə olunacaq"
- NATO nümayəndələri Bakıya səfərə gəliblər
- İran və Azərbaycan birgə hərbi təlimlərə başladılar
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"