Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İcbari tibbi sığorta ilə bağlı qanuna dəyişiklik edilə bilər
İcbari tibbi sığorta tətbiq edildikdən sonra bununla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yarana bilər.
Oxu.Az xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə icbari tibbi sığorta sistemi tam tətbiq edildikdən sonra qanunvericiliklə müvafiq dəyişikliklərə ehtiyac yarana bilər:
“Gələcəkdə “Tibbi sığorta haqqında” qanunda dəyişikliklər edilməsi istisna deyil. Çünki icbari tibbi sığorta tətbiq edildikdən sonra bununla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yarana bilər.
İcbari tibbi sığorta tam tətbiq edildikdə bir sıra çatışmazlıqlar meydana çıxa bilər. Bu, normal haldır. 2020-ci ildə ölkə üzrə tibbi sığortanın tətbiqinə başlanıldıqdan sonra əlavə ehtiyaclar yarana bilər. Bu səbəbdən də 1999-cu ildə qəbul edilən qanuna 2018-ci ilin dekabr ayında müəyyən dəyişikliklər edilsə də, gələcəkdə bu qanunda bir sıra məqamlara yenidən dəyişiklik etmək zərurəti yarana bilər”.
Könül Cəfərli
"Milli Məclis" teqi üzrə xəbərlər
- İcbari tibbi sığorta fondunun gələnilki büdcəsi üç milyard manat olacaq
- Azərbaycanda ilk dəfə "yaşıl büdcə"nin xərcləri açıqlanıb
- Nazir inflyasiya faizini açıqladı
- Mikayıl Cabbarov: "Azərbaycan dünyanın davamlı enerji təminatında etibarlı tərəfdaşa çevrilib"
- Növbəti il dövlət büdcəsinin prioritetləri AÇIQLANDI