Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Mikayıl Cabbarov: Gəlirlərini tam şəkildə şəffaf bəyan etməyənlərin sayı az deyil
Gəlirlərini tam şəkildə şəffaf bəyan etmək istəməyən vergi ödəyicilərinin sayı az deyil. Bəzən onların səsi gur gəlir. Amma bu müvəqqəti haldır. Qanun qarşısında hamı bərabərdir.
Oxu.Az-ın məlumatına görə, bunu Bakıda keçirilən “Kölgə İqtisadiyyatına Qarşı Mübarizə - İqtisadi İnkişafın Mühüm Amili kimi” adlı konfransda çıxış edən Vergilər naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev “kölgə iqtisadiyyatı”nı böyük bəla adlandırıb:
“Vergilər Nazirliyi bu il “kölgə iqtisadiyyatı”nın həcminin azalmasını hədəfləyib. “Kölgə iqtisadiyyatı” investoru hər hansı ölkəyə sərmayə yatırmaqdan çəkindirən ilk üç amil sırasına daxildir”.
Nazir qeyd edib ki, bu ilin altı ayında proqnoz tapşırığa qarşı qeyri-neft sektorundan 280 milyon manatdan artıq vergi toplanıb və bu isə tapşırığın 112 faiz əməl edilməsi deməkdir.
İlhamə Əbülfət
Billurə Mikayıllı
"Azərbaycan" teqi üzrə xəbərlər
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"
- Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb