21 
Sen
2019
12:36
150
29
5139
Virtual karabakh

Alma bağlarına görə 800 manat subsidiya veriləcək

21 Sen, 2019
12:36
5139

Alma bağlarına görə 800 manat subsidiya veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ildən başlayaraq ilk dörd il ərzində intensiv alma bağlarının hər hektarına görə fermerlərə 800 manat subsidiya veriləcək.

Oxu.Az xəbər verir i, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov məlumat verib. 

V.Hüseynovun sözlərinə görə, Aqrar Subsidiya Şurasının bu qərarı 2019-cu ildən salınmış alma bağlarına şamil edilir:

“Azərbaycanda 2020-ci ildən başlayaraq ilk dörd il ərzində intensiv alma bağlarının hər hektarına görə fermerlərə 800 manat subsidiya veriləcək. Beşinci ildən başlayaraq isə intensiv meyvə bağlarına 240 manat əkin subsidiyası ödənilməsi nəzərdə tutulur. 

İntensiv alma bağı dedikdə, damcı suvarma sistemi ilə təmin olunmuş, bir hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar nəzərdə tutulur.

Aqrar Subsidiya Şurası 2019-cu ildən əvvəl salınmış intensiv meyvə bağlarına və intensiv olmayan meyvə bağlarına əkin subsidiyasını 1,2 əmsalla ödəyəcək. Bu kateqoriya bağların hər hektarına görə fermerlərə hər il 240 manat subsidiya veriləcək”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri