Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Novruz Məmmədovdan son qərar - Bu şəxslərin maaşları artırıldı
Nazirlər Kabineti olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında qərar imzalayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Novruz Məmmədovun (artıq keçmiş Baş nazir) 7 oktyabrda imzaladığı qərarda bildirilib.
Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli, 86 nömrəli Qərarının 1-ci hissəsində 594 rəqəmi və 890 rəqəmi ilə əvəz edilib.
Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.
Xatırladaq ki, Milli Məclis oktyabrın 8-də Əli Əsədovun Baş nazir postuna təyin olunmasına razılıq verilməsi məsələsinə baxıb.
Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, Novruz Məmmədov Baş nazir vəzifəsindən istefa verməsi ilə bağlı Prezidentə ərizə ilə müraciət edib.
Əli Əsədovun Baş nazir təyin olunması ilə bağlı məsələ səsə qoyularaq qəbul edilib.
Bundan sonra isə Azərbaycan Prezidenti İlham Əliyev Əli Əsədovun Baş nazir təyin olunması ilə bağlı sərəncam imzalayıb.
Aqşin Kərimov
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Azərbaycanda bəzi kursantlara ödəniş ediləcək
- Əli Əsədovdan nümayəndəlik xərcləri barədə YENİ QƏRAR
- Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub
- Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənib
- "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq