11 
Fev
2020
18:10
40
165
4382
Virtual karabakh

İlkin Vəliyev: “9100 yeni kassa aparatı quraşdırılıb”

11 Fev, 2020
18:10
4382

İlkin Vəliyev: “9100 yeni kassa aparatı quraşdırılıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ildə yeni nəsil kassa aparatlarının tətbiqi ilə bağlı birinci və ikinci mərhələlər tam olaraq icra edilib. 9100 yeni kassa aparatı quraşdırılıb.

Oxu.Az xəbər verir ki, bunu Vergilər nazirinin müavini İlkin Vəliyev “Vergi islahatları: Birlikdə kölgədən işığa doğru” mövzusunda bu gün keçirilən konfransda çıxışı zamanı deyib. 

İ.Vəliyevin sözlərinə görə, ölkədə yeni nəsil kassa aparatlarının tətbiqinə 2019-cu ildən başlanılıb:

“Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qrafikə uyğun olaraq, yeni nəsil kassa aparatlarının tətbiqinə start verilib. Proses dörd mərhələdən ibarətdir. 2019-cu ildə yeni nəsil kassa aparatlarının tətbiqi ilə bağlı birinci və ikinci mərhələlər tam olaraq icra edilib. Nəticə olaraq 91% göstərici qeydə alınıb. Üçüncü mərhələnin icrası isə cari ilə təsadüf edir”. 

Nazir müavini bildirib ki, yeni kassa aparatları vasitəsilə bu günə qədər 105 mln. çek çap edilib. Eyni zamanda, kassa aparatlarında 1 mlrd. 295 mln.-a yaxın manat dövriyyə keçib”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri