Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda yerli şirkətlərin məhsullarından ibarət sərgi keçirilir - FOTO
Fevralın 20-də Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə “Partners and Business” sərgisi öz işinə başlayıb.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Kapital Bank” və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil, xidmət və s. sahələrdə yerli şirkətlər tərəfindən istehsal olunan məhsullar və xidmətlər təqdim olunur.
Ümumilikdə, sərgidə 150-ə yaxın şirkət tərəfindən istehsal olunan məhsullar və xidmətlər nümayiş olunur.
Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.
Sərgidə həmçinin, KOBİA-nın dəstəyi ilə sənaye, xidmət, turizm, logistika, inşaat, sənətkarlıq və s. sahələrdə 20-yə yaxın kiçik və orta sahibkarlıq subyektinin ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etməsi üçün xüsusi stend yaradılıb.
Fevralın 22-dək davam edəcək sərgi çərçivəsində biznesin təşkili və proqnozlaşdırılması, sahibkarlıq sahəsində qanunvericilik, effektiv satış texnikaları, əmək münasibətləri, məşğulluq kimi mövzularda təlimlər, biznes inkişaf yazarlarının kitab təqdimatları keçiriləcək, sahibkarlara məsləhət xidmətləri göstəriləcək.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda ödənişli parklanma ərazisində soyğunçuluğa CƏHD - ANBAAN VİDEO
- Bakıda baş verən ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
- Təcavüzə məruz qalıb, nikaha məcbur edildiyini deyən qız: "Atamın qəyyumluğu ləğv edilsin"
- Azərbaycanda yeni hava limanı tikilir: İşlər nə yerdədir?
- Bakıda tıxacın qarşısını almaq üçün çəkiləcək yeni yolların SİYAHISI