İranın ali rəhbəri Müctəba Xamenei ölkənin qonşularını ABŞ-nin regiondakı hərbi mövcudluğuna qarşı mövqelərini açıq şəkildə ifadə etməyə çağırıb.
Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Xamenei bildirib ki, İran 15 ölkə ilə quru və ya dəniz sərhədinə malikdir və bu ölkələrlə "isti və konstruktiv münasibətlər" saxlamağa çalışır.
Onun sözlərinə görə, bəzi qonşu ölkələr uzun illərdir öz ərazilərində ABŞ-nin hərbi və maliyyə bazalarının yaradılmasına imkan veriblər və bu bazalar Vaşinqtonun bölgədəki təsirini gücləndirməyə xidmət edib.
"Bu ölkələr sevimli vətənimizə qarşı təcavüzkarlara və vətəndaşlarımızın qatillərinə münasibətdə mövqelərini aydın şəkildə müəyyən etməlidirlər", - deyə Xamenei bildirib.
* Müctəba Xamenei uzun fasilədən sonra GÖRÜNDÜ - VİDEO
İranın ali rəhbəri ABŞ-nin "təhlükəsizlik" və "sülh" ritorikasından istifadə etməklə regiondakı əsl məqsədlərini gizlətdiyini iddia edib və qonşu ölkələrdə yerləşən ABŞ hərbi bazalarının dərhal bağlanmasına çağırıb.