“Tezliklə Gəncədə KOB evinin açılışı nəzərdə tutulur”.
Oxu.Az xəbər verir ki, bu sözləri KOBİA-nın 2021-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, Bakı KOB evinin yaradılması istiqamətində də danışıqlar aparılır:
“Agentliyin fəaliyyəti istiqamətində bu tədbirlər davam edəcək”.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 09.08.2021-ci il tarixli Fərmanı ilə “e-KOB evi” portalı haqqında Əsasnamə” təsdiq edilib. Hazırda portalın fəaliyyətinin təşkili üzrə işlər davam etdirilir.
Könül Cəfərli