2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin böyük hissəsi inşa, yenidənqurma və bərpa işlərinin payına düşüb.
Oxu.Az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı hesabatında yer alıb.

Hesabat dövründə ümumi inşaat işlərinin 80.9 faizi inşa, yenidənqurma və bərpa, 8.2 faizi əsaslı təmir, 7.1 faizi cari təmir, 3.8 faizi isə sair tikinti işlərindən ibarət olub.
Qeyd olunan dövrdə ümumi inşaat işlərinin 88.3 faizi qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri tərəfindən yerinə yetirilib.