Bu ilin yanvar-sentyabr aylarında metro ilə sərnişin daşınması xidmətlərindən istifadə edənlərin sayı açıqlanıb.
Oxu.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sözügedən say 156 milyon 158.2 min nəfər olub.
2025-ci ilin ilk 9 ayında isə bu rəqəm 162 milyon 575.8 nəfər olmuşdu.
Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda 1 milyard 771 milyon 305.6 min sərnişin daşınıb.
Ötən ilin müvafiq dövründə isə 1 milyard 614 milyon 512.9 min sərnişin daşınmışdı.