12 
Sen
2022
15:36
79
18
3231
Virtual karabakh

Yerli turistlər ən çox hansı bölgəyə səfər ediblər?

12 Sen, 2022
15:36
3231

Yerli turistlər ən çox hansı bölgəyə səfər ediblər?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ildə daxili səfərlərin ən çox təşkil edildiyi şəhərlərin adları açıqlanıb.

Bu barədə Oxu.Az-a Dövlət Turizm Agentliyindən xəbər verilib.

Bildirilib ki, ən çox ziyarət edilmiş ilk üç destinasiya Bakı, Naxçıvan Muxtar Respublikası və Quba olub.

Bu destinasiyalardan sonra Qusar, Qəbələ, Xaçmaz, Gəncə, Şəki, Sumqayıt və Abşeron isə növbəti ən çox ziyarət edilmiş şəhərlər siyahısındadır. Bakı bütün daxili səyahətlərin 31%-ni, Naxçıvan, Quba, Qusar və Xaçmaz isə 18%-ni təşkil edir. Gəncə, Şəki, Sumqayıt və Abşeron ölkədaxili edilən səfərlərin 15%-dən azını təşkil edir.

Səfərlərin məqsədlərə görə bölgüsündə Bakı, Xaçmaz, Gəncə və Abşeron istisna olmaqla, digər destinasiyalara səfərlərin, demək olar ki, yarıdan çoxu dost-qohum ziyarəti məqsədilə edilib. Yerli turistlər işgüzar məqsədlə əsasən Bakı (26%), Sumqayıt (14%), Abşeron (12%) və Gəncəni (10%) ziyarət ediblər.

2021-ci ildə Xaçmaz şəhəri 45% olmaqla əsas istirahət məkanı kimi qeydə alınıb, halbuki 2020-ci il üçün bu rəqəm 28% olub. Quba (40%), Qusar (39%) və Şamaxı (38%) isə digər əsas istirahət şəhərlərindən hesab olunur. Sağlamlıq məqsədilə Bakı (16%) və Sumqayıt (16%), alış-veriş məqsədilə isə əsas şəhərlər Gəncə (13%) və Şəmkirdir (8%). Dini və digər məqsədli ziyarətlər ölkədaxili səfərlər üçün elə də maraqlı deyil.

Yerli turistlərin səfərlərinin əksəriyyəti orta hesabla bir-üç gün (34-44%) və dörd-yeddi gün (24-33%) təşkil edib. Birgünlük səfərlərin əksəriyyəti Bakı və Abşerona həyata keçirilib (17%). 8-14 günlük səfərlərdə üstünlük verilən şəhərlər Şəmkir, Bərdə və Şəkidir (hər biri 14%). Səyahət müddətinin 15 gün və daha uzun müddət təşkil etdiyi rayonlar arasında isə Bərdə və Xaçmaz qeyd edilməlidir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri