Apr
2015
12:07
106
20
9443
Virtual karabakh

Almanlar Azərbaycanın bu rayonlarına maraq göstərir

4 Apr, 2015
12:07
9443

Almanlar Azərbaycanın bu rayonlarına maraq göstərir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlik məlumat yaydı.

Almanlar Azərbaycanın turizm imkanları, otel və istirahət mərkəzləri, mədəni irs nümunələri, xüsusilə vaxtilə alman koloniyalarının məskunlaşdığı Göygöl rayonu, Siemens qardaşlarının fəaliyyət göstərdiyi Gədəbəy rayonu, bu bölgələrdəki alman tarixi izləri ilə yaxından maraqlanırlar.

Oxu.Az xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü zamanı Turizm Nazirliyinin Almaniyada rəsmi turizm nümayəndəliyi olan “Aviareps Tourism GmbH” şirkətinin baş meneceri Gevers Jurgen bildirib.

“Görüş zamanı Gevers Jurgen nazirliyin Almaniyada turizm nümayəndəliyinin fəaliyyət göstərdiyi bir il ərzində görülən işlər, Azərbaycanın turizm imkanlarının bu ölkədə təbliğ edilməsi məqsədilə həyata keçirilən layihələr barədə nazirə məlumat verib” - deyə, nazirliyin məlumatında deyilir.

Qeyd edək ki, “Aviareps Tourism GmbH” şirkəti Azərbaycanın turizm potensialının Almaniya turizm bazarında təbliğ olunması məqsədilə 2014-cü ilin aprel ayından fəaliyyət göstərir. Şirkət Almaniyada Azərbaycanın turizm nümayəndəliyi funksiyasını yerinə yetirir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri