İyn
2023
12:52
23
32
749
Virtual karabakh

Azərbaycanda ilk dəfə Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçiriləcək - FOTO

7 İyn, 2023
12:52
749

Azərbaycanda ilk dəfə Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçiriləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda ilk dəfə Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçiriləcək”.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mətbuat katibi Nigar Orucova qurumun keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, forum “Heydər Əliyev İli”nə həsr olunub:

“Forum Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və Geoloji Kəşfiyyat Agentliyi tərəfindən 26-27 oktyabr tarixlərində təşkil olunacaq. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın mədənçilik və geologiya sahəsində mövcud və potensial imkanlarının beynəlxalq arenaya çıxarılması, qarşılıqlı şəkildə təcrübənin mənimsənilməsi, kommunikasiyaların qurulması və sözügedən sahəyə beynəlxalq və yerli investisiyanın cəlb edilməsidir”.

O qeyd edib ki, dünyanın bir çox ölkəsindən dağ-mədən üzrə mütəxəssislərin və geoloqların çıxış edəcəkləri bu forumda sözügedən sahədə müasir tendensiyalar, yeni texnologiyalar və onların tətbiqində beynəlxalq metodologiyanın istifadə olunması ətrafında təcrübə mübadiləsi aparılacaq:

“Belə ki, forum Azərbaycanın dağ-mədən sənayesinin bu sahədə dünyada mövcud yeni yanaşmalara adaptasiyası baxımından böyük əhəmiyyət daşıyacaq. Bundan əlavə, dağ-mədən sənayesində hesabatlılıq və investisiya trendləri, geoloji kəşfiyyat işlərində yeni metodologiya və konseptual modelləşdirmə, dağ-mədən sənayesinin ətraf mühitə təsirləri kimi mövzular da forumun gündəliyində yer alıb”.

Qeyd edək ki, forumda 30-dan çox ölkədən 70-ə yaxın ekspertin çıxışı gözlənilir. Həmçinin iki günlük proqram çərçivəsində yerli və beynəlxalq ekspertlərin fərdi şəkildə görüşləri, fikir mübadiləsi üçün fürsətləri yaranacaq.

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri