Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov qonşu ölkənin baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
Bu barədə nazir özünün “X” sosial şəbəkə hesabında bildirib.
“Biz ikitərəfli iqtisadi əlaqələrin inkişafı, ticarət dövriyyəsinin artırılması, sərmayələrin stimullaşdırılması və əməkdaşlıq perspektivləri barədə fikirlərimizi bölüşdük”, - deyə nazir bildirib.
🇦🇿🇬🇪 Gürcüstana səfərimiz çərçivəsində bu ölkənin Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri (@Economygovge) Levan Davitaşvili ilə ikitərəfli #iqtisadi əlaqələrin inkişafı, #ticarət dövriyyəsinin artımı, sərmayələrin təşviqi və əməkdaşlığın perspektivləri… pic.twitter.com/B4vj2hFe32
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 29, 2023