“Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin sonuna illik inflyasiyanın altı faiz civarında olacağını proqnozlaşdırır”.
Bunu AMB-nin sədri Taleh Kazımov AzTV-yə müsahibəsində bildirib.
“Bu ilin avqust ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 108% təşkil edib. Yəni əmtəə və xidmətlər 8% bahalaşıb. Bura həm ərzaq, həm də qeyri-ərzaq malları aiddir. Proqnozlarımız göstərir ki, bu ilin sonuna illik inflyasiya 6% civarında olacaq. Bu da AMB-nin hədəf diapazonuna (4+-2) yaxındır və iqtisadi inkişafımız üçün vacibdir. Bizim əsas məqsədimiz də elə inflyasiyanın idarə edilməsidir”, - deyə o qeyd edib.
Azərbaycanın baş bankiri illik inflyasiya ilə bağlı proqnozu açıqladı - VİDEO