Noy
2023
12:50
15
80
1491
Virtual karabakh

Bu il Azərbaycanda orta illik inflyasiya nə qədər olacaq? - Nazir AÇIQLADI

2 Noy, 2023
12:50
1491

Bu il Azərbaycanda orta illik inflyasiya nə qədər olacaq? - Nazir AÇIQLADI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qiymət artımlarına təsir edən xarici və daxili amillər, o cümlədən növbəti il dünyada ərzaq qiymətləri indeksinin nisbətən aşağı düşəcəyi proqnozları nəzərə alınmaqla Azərbaycanda orta illik inflyasiya cari ildə 9,5% səviyyəsində olacaq”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsinin proqnozlarının müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, inflyasiyanın 2024-cü ildə 5,3%, 2025-2027-ci illərdə isə strategiya ilə müəyyən edilmiş hədəf diapazonuna uyğun olaraq 4-5% ətrafında olacağı proqnozlaşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri