“Bu ilin yanvar-sentyabr aylarında tekstil sahəsində ixtisaslaşmış Mingəçevir Sənaye Parkında 54 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, indiyə qədər Mingəçevir Sənaye Parkına 159 milyon manatlıq investisiya yatırılıb, 500-dən çox daimi iş yeri yaradılıb, 268 milyon manatlıq məhsul istehsal olunub və bunun 86%-i ixrac edilib.
Tekstil sahəsində ixtisaslaşmış Mingəçevir #SənayeParkı-nda 2023-cü ilin 9 ayı ərzində 54 milyon ₼-lıq məhsul istehsal edilib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur. Sənaye Parkına indiyədək 159 milyon ₼ #investisiya yatırılıb, 500-dən çox daimi iş yeri… pic.twitter.com/7hUz2LXiV9
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 3, 2023