Ağdərə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb.
Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri - N.Əsgərov və həyat yoldaşı K.Əsgərova həyatını itirib.
Avtomobildə olan digər Kəlbəcər sakini M.İsmayılova xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12