Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, şəhər ərazisində yüksək sürətlə hərəkətdə olan "Ford" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində avtomobildə olan 1988-ci il təvəllüdlü Əfsanə Məmmədova, 1983-cü il təvəllüdlü Nübar Muğalova, 1988-ci il təvəllüdlü Lamiyə Cəlilova və 1984-cü il təvəllüdlü Günel Qarayeva xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli