Sabirabadın Muğan Gəncəli kəndində dəhşətli yanğın nəticəsində həlak olan ailə üzvləri torpağa tapşırılıblar.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, dəfn mərasimi saat 15:30-da Muğan Gəncəli kənd qəbiristanlığında baş tutub.
Əzizə İsmayılova
Sabirabadın Muğan Gəncəli kəndində dəhşətli yanğın nəticəsində həlak olan ailənin fotoları sosial şəbəkədə paylaşılıb.
Oxu.Az həmin fotoları təqdim edir:



Sabirabadın Muğan Gəncəli kəndində bir ailənin dörd üzvünün öldüyü yanğının təfərrüatları məlum olub.
Oxu.Az xəbər verir ki, hadisə zamanı 36 yaşlı Tural İmanov, onun 23 yaşlı həyat yoldaşı Safalı İmanova və övladları - 5 yaşlı Osmanbəy İmansoy, eləcə də bir yaşlı Esma İmansoy həlak olublar. Tural İmanovun anası - 69 yaşlı Bahar İmanova və qardaşı - 42 yaşlı Ruslan İmanov isə yanğından xilas ola biliblər.
Məlumata görə, onlar Bakıda yaşayırlar və həmin gün kəndə qonaq gəliblərmiş. "Uşaqlardan biri qonşu kənddə nənəsigildə idi. Ailənin digər üzvləri faciəli şəkildə həyatını itirdi", - deyə yanğında ölən şəxslərin qohumu Vəzir Mustafayev bildirib.
Hadisə şahidi Tural Səxavətov da jurnalistlərə açıqlama verib. "Atam gəlib dedi ki, qonşunun evi yanır. Gedəndə gördüm ki, Turalın anası ilə qardaşı pəncərədən tullanıb", - o deyib.
Ətraflı Baku TV-nin süjetində:
Ötən gecə Sabirabadda dörd nəfərdən ibarət gənc ailəni dəhşətli yanğın məhv edib.
Oxu.Az Baku TV-yə istinadən həmin evdən görüntüləri təqdim edir:
Sabirabadda bir ailənin 4 üzvünün öldüyü yanğından iki nəfər xilas edilib.
Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində həlak olan 1989-cu il təvəllüdlü Tural Ağasəf oğlu İmanovun anası, 1956-cı il təvəllüdlü Bahar Niyaz qızı İmanova və onun digər oğlu, 1983-cu il təvəllüdlü Ruslan Ağasəf oğlu İmanov yanğından yanğından sağ çıxıb.
Məlumata görə, onlar Bakıda yaşayır və həmin gün ailəyə qonaq gəliblərmiş.
Həmin şəxslər evin birinci mərtəbəsində yatdığından hadisədən tez xəbər tutub və yanğından xilas ola biliblər.
Sabirabad rayonunda bir ailənin 4 üzvünün öldüyü yanğın hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, yanğının evdə qısaqapanmadan baş verdiyi ehtimal edilir.
Belə ki, ikimərtəbəli evdə qoşulu qalan kondisioner qızıb və evin elektrik xəttində qısaqapanma yaranıb. Nəticədə evin birinci mərtəbəsində naqillərdə alışma baş verib.
Hadisə zamanı ailə evin ikinci mərtəbəsində olduğundan yanğından gec xəbər tutub.
Nəticədə ailənin 4 üzvü evlə birlikdə yanaraq ölüb.
Faktla bağlı araşdırmalar davam edir.
Samir Əli