Bakı Dairəvi Yolunda lampa daşıyan yük avtomobili yanıb.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə zamanı avtomobilin sürücüsü yüngül dərəcəli xəsarət alıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Görülən tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hadisə səbəbindən yolda ağır tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12