Bakı-Qazax yolunda "KamAZ" markalı iki yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində yük maşınlarından biri qoşqusu ilə birlikdə aşıb.
Hadisə nəticəsində həmin yük maşınında olan mişardaşı yola tökülüb.
Qəza zamanı ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur.
Hadisə yerindən görüntüləri təqdim edirik: