Bakıda avtomobillə vurulan 76 yaşlı kişi xəstəxanada ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə oktyabrın 2-də baş verib.
Belə ki, 1964-cü il təvəllüdlü Mirhətəm Mirməhərrəm oğlu Seyidov idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Q.Məmmədov küçəsində piyada, 1949-cu il təvəllüdlü Şirvan İsmayıl oğlu Ağayevi vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, oktyabrın 16-da orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Samir Əli