Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub.
Oxu.Az-ın məlumatına görə, hadisə kollecin həyətində baş verib.
Təhsil müəssisəsinin tələbəsi Qabil İslamov (ad-soyad şərtidir - red.) qrup yoldaşı Firuzla zarafat edib. Zarafat Firuzun xoşuna gəlməyib və onlar arasında mübahisə yaranıb.
Mübahisə zamanı Firuz Qabillə onunla zarafat etməsini irad tutub. Qabil isə ona "Kişi deyilsən?" sualını verib. Nəticədə mübahisə böyüyüb və Firuz Qabilə şillə vurub. Şillədən əsəbiləşən Qabil Firuza yumruq zərbələri endirməyə başlayıb. Hadisə nəticəsində Firuz yıxılıb və başı betona dəyib. O, ağır xəsarət alaraq komaya düşüb, xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Qabil İslamov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Q.İslamov 3 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı şərti hesab edib.