Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Kənar Dairəvi yolda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Belə ki, hadisə səhər saat 10 radələrində qeydə alınıb.
Baku TV-nin məlumatına görə, yük avtomobilinin ön təkərinin çıxması nəticəsində nəqliyyat vasitəsi aşıb. Qəza zamanı yük maşınının kabinə hissəsi ciddi zədələnib, təkəri isə yerindən çıxaraq yola düşüb.
Bundan başqa, yük avtomobilindən yağ və digər mayelər yolun hərəkət hissəsinə dağılıb. Bu isə ərazidə sürüşkənlik yaradıb və sürücülər üçün təhlükə yaradıb.
Hadisədən sonra yolda uzunmüddətli nəqliyyat sıxlığı yaranıb. Aidiyyəti qurumların müdaxiləsindən sonra yük avtomobili ərazidən kənarlaşdırılıb və nəqliyyatın hərəkəti bərpa olunub.
Hazırda ərazidə yolun təmizlənməsi işləri aparılır.
Sürücülərə həmin hissədən keçərkən sürəti azaltmaq və ehtiyatlı hərəkət etmək tövsiyə olunur.
Paytaxtın Qaradağ rayonu, Kənar Dairəvi yolda avtomobil qəzası baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.