Bakının Binəqədi rayonu, Baksol yolunda məişət tullantıları yığılmış ərazidə baş verən yanğın söndürülüb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.
Binəqədi rayonu, "Baksol yolu"nda məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.