Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 6 avqust 2026-cı il tarixində Yeni Xan qızı kanalının Beyləqan rayonu, Birinci Şahsevən kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Oxu.Az bununla bağlı FHN-in Mətbuat Xidmətinə istinadən xəbər verir.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Hazırda vətəndaş - 2005-ci il təvəllüdlü Amin Zamir oğlu Əhmədovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Beyləqan rayonunda bir nəfər kanalda batıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə avqustun 6-da Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisindən keçən Yeni Xan qızı kanalında baş verib.
Amin Zamir oğlu Əhmədov kanalda çimərkən suda boğularaq ölüb. Amin Əhmədovun meyitinin tapılması üçün axtarışlar davam etdirilir.
Fakt üzrə Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.